İraqda «Vaşinqton Post» qəzetinin müxbiri həlak olub

İraqda ABŞ-ın «Vaşinqton Post» qəzetinin müxbiri Salih Saif Aldin həlak olub.


Qəzetin verdiyi məlumata əsasən, onu Bağdadın cənub-qərbində şiə radikalları və sünni yaraqlıları arasında toqquşmalar haqda reportaj verdiyi zaman öldürüblər.


Hər ay İraqda bir neçə jurnalist-əsasən də yerli və xarici KİV-də çalışan iraqlılar həlak olur.