General Rikardo Sançes: «İraqda müharibə sonu olmayan kabusdur»

İraqdakı ABŞ qoşunlarının keçmiş komandanı general Rikardo Sançes İraq müharibəsini «sonu görünməyən kabus» adlandırıb.


Oktyabrın 12-də jurnalistlər qarşısında çıxışı zamanı general Amerika rəhbərliyinin İraqdakı siyasi strategiyasını sərt tənqid edib. Sançesin fikrincə, xüsusilə, Səddam Hüseyn devrildikdən sonra əvvəlki İraq ordusunun buraxılması yanlış idi.


2003-2004-cü illərdə İraqdakı Amerika qoşunlarının komandanı olmuş general Vaşinqtonun hazırkı addımlarına – o cümlədən, İraqa əlavə qoşun göndərilməsinin səmərəliliyinə şübhə etdiyini bildirib.