Qəbələ RLS Moskvada müzakirə olunur

Putin Qəbələ RLS-dən istifadəni təklif edir

Oktyabrın 11-də Amerika və Rusiya Qəbələdəki Radiolokasiya Stansiyasından birgə istifadə məsələsini müzakirə edəcəklər. Amerikanın müdafiə naziri Robert Qeyts və dövlət katibi Kondaliza Rays Moskvaya gəliblər. Onlar Amerikanın Polşa və Çexiyada raketdən müdafiə sistemi planını müzakirə edəcəklər.


Amerika bildirir ki, Avropada quraşdırılması planlaşdırılan raketdən müdafiə sistemi Şimali Koreya və İrandan gələn mümkün hücum təhlükəsindən qorunmaq üçün lazımdır. Rəsmi Moskva isə bunu Rusiya üçün hədə hesab edir. Putin bunun əvəzində Qəbələdə icarələdiyi RLS-dən istifadəni təklif edir.