Türkiyədə etiraz aksiyaları davam edir

Türkiyə prezidenti Abdulla Gül də qərarı yolverilməz adlandırıb

Ankarada Amerika səfirliyi yaxınlığında kütləvi etiraz mitinqləri keçirilir. Aksiya iştirakçıları-müəllimlər, dövlət qulluqçuları, tələbələr - əllərində meqafonlar ABŞ Konqresinin Osmanlı İmperiyasında ermənilərin soyqırımı iddialarını tanımasına etiraz olaraq Amerika əleyhinə şüarlar səsləndirirlər.


Türkiyə prezidenti Abdulla Gül qərarı yolverilməz adlandırıb: «Təəssüf ki, Amerikanın bəzi siyasi xadimləri bu məsələdə məsuliyyətli olmaq çağırışlarımıza hay verməyiblər. Bu cür qərar bütün beynəlxalq siyasətə mənfi təsir edə bilər. ABŞ-ın Avropa və Yaxın Şərqdə maraqlarına böyük ziyan vuracaq».


Oktyabrın 10-da Amerika Konqresinin Xarici Əlaqələr Komitəsi ermənilərin soyqırımı iddiasına dair qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırımı həyata keçirib.