Ermənistan silah və texnikanı Rusiyanın daxili qiymətləri ilə alacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Rusiya silahı və texnikasını Rusiyanın daxili qiymətləri ilə alacaqlar.


Bunu Tacikistanın paytaxtı Düşənbədə KTMT-nin sammitindən sonra Rusiya prezidenti Vladimir Putin deyib.


Görüş iştirakçıları 20 sənəd imzalayıblar. Bura KTMT-nin sülhməramlı fəaliyyəti haqqında razılaşma, təcavüz təhlükəsi yaranarsa, quruma üzv ölkələrə hərbi-texniki yardımın göstərilməsi mexanizmi haqda protokol və s. daxildir.


KTMT-də sədrlik yaxın bir illiyə Belarusdan Qırğızıstana keçib.


MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 1992-ci ilin mayın 15-də yaradılıb. Quruma Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildir.