«Caspian Fish»dəki partlayış zamanı ölənlərin sayı üç nəfərə çatıb

Hazırda Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə təhqiqat aparırlar

«Caspian Fish» balıq müəssisənin tikilməkdə olan sexində oktyabrın 2-də baş verən partlayış və yanğın zamanı ölənlərin sayı üç nəfərə çatıb və daha üç nəfər müxtəlif dərəcəli yanıqlar alıb. İlkin istintaq göstərib ki, partlayış reberoydun salınması zamanı baş verib.


Qaz aparatı ilə ehtiyatsız hərəkət nəticəsində qaz balonu partlayıb. Bu, fəhlələrin ölümünə və sonrakı yanğına səbəb olub. Bu barədə «Turan» agentliyinə Abşeron Rayon Prokurorluğundan bildiriblər.


Hal-hazırda hadisənin istintaqı gedir. Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə təhqiqat aparırlar.