Ukraynada səslərin yarısı hesablanıb

Ukraynada parlament seçkilərində ölkə elektoratının 60 faizi iştirak edib

Ukraynada sentyabrın 30-da keçirilən parlament seçkilərində verilmiş səslərin yarısı hesablanıb.


Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin 33 faizindən çoxunu toplayan Yuliya Timoşenkonun Bloku irəlidədir. İkinci yerdə Baş nazir Viktor Yanukoviçin Regionlar Partiyası (30 faizdən çox), üçüncü yerdə isə prezident yönlü «Bizim Ukrayna-Xalq Özünümüdafiə» bloku (16 faizə yaxın) gəlir.


Ali Radaya Vladimir Litvinin bloku, kommunistlər və sosialistlər də keçə bilərlər.


«Narıncılar»ın liderləri Yuliya Timoşenko və Yuri Lutsenko artıq yeni hakim koalisiya yaratmaq niyyətlərini bildiriblər. Regionlar Partiyasının lideri Viktor Yanukoviçin də eyni planları var.


Seçkidə ölkə elektoratının 60 faizi iştirak edib.