ABŞ səfirliyinə bomba qoyulması barədə xəbər yalan çıxdı

Moskvada Amerika səfirliyinə bomba qoyulması barədə xəbər yalan çıxdı.

Belə ki, axtarışlar zamanı səfirlikdə hər hansı partlayıcı qurğu tapılmayıb.


Sentyabrın 28-də günortaya yaxın bir qadın milisə zəng edərək, ABŞ səfirliyinin Novinski bulvarındakı binasında terror aktının hazırlanması haqda məlumat verib. Zəng avtomat-telefondan edilib.