Avropa Birliyi müxalifətin planlarını dəstəkləyir

Avropa Birliyi Belarus müxalifətinin oktyabrın 14-də Minskdə «Avropa» yürüşü keçirmək niyyətinə dəstəyini bildirib.

Avropa Komissiyasının üzvü Benita Ferrero-Valdnerin fikrincə, yürüş Birliyin yaxınlaşma haqda çağırışlarına Belarus xalqının həmrəylik istəyinin sübutudur.