Gürcüstan-Azərbaycan hökumətləri arasında protokol imzalanıb

İclasda iştirak etmək üçün Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya gəlib

Sentyabrın 27-də Bakıda Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası olub. İclasda iştirak etmək üçün Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya gəlib.


İclasda «Bakı-Tbilisi-Qars» dəmir-yolu xəttinin reallaşması, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib.


Eyni zamanda qış aylarında Azərbaycandan Gürcüstana qaz verilməsi məsələsinə də toxunulub.


İclasda çıxış edən Noqaideli deyib ki, ölkələr arasında bir çox sahələr üzrə əməkdaşlıq daha da genişləndirəcək. Görüşün sonunda iclasın yekunlarına dair protokol imzalanıb.