Xəzərin statusu ilə bağlı türkmən nümayəndə heyəti Bakıdadır

Türkmənistanla Azərbaycanın danışıqları 2005-ci ilin sonunda dayandırılıb


Türkmənistanla Azərbaycan Xəzərin hüquqi statusu ilə bağlı danışıqları davam etdirirlər.


Türkmənistan Xarici İşlər nazirinin müavini, prezidentin Xəzərin statusu üzrə xüsusi nümayəndəsi Xoşgəldi Babayevin başçılığı ilə nümayəndə heyəti sentyabrın 25-dən Bakıdadır. Onların səfəri sentyabrın 27-də başa çatır.


Bu, sözügedən məsələ ilə bağlı türkmən rəsmisinin Azərbaycana ilk səfəridir.


Türkmənistanla Azərbaycanın Xəzərin statusu üzrə danışıqları 2005-ci ilin sonunda dayandırılıb. Qurbanqulu Berdimuxammedov prezident seçiləndən sonra danışıqlar bərpa olunub. Bu yaxınlarda Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti Türkmənistanda olmuşdu.