ABŞ Konqresi İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ Konqresinin Nümayəndələr Palatası böyük çoxluqla İrana qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini qəbul edib.


Sanksiyalar ABŞ-da filialları olan və İranın energetikasına investisiyalar yatıran şirkətlər üçün nəzərdə tutulub.


Bundan başqa, qanun layihəsində ABŞ hökumətinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmaq çağırışı da var.