Bu gün bir körpü və iki keçid istifadəyə veriləcək

Beşinci yeni körpü istifadəyə veriləcək

Nəqliyyat Nazirliyi sentyabrın 25-də Ziya Bünyadov küçəsində körpünün, Bülbül prospekti və Nizami küçəsinin kəsişməsində isə piyada keçidini istismara verməyə hazırlaşır. Nəqliyyat Nazirliyindən verilən məlumata görə bu, şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramı çərçivəsində Bakıda inşa olunan 5-ci yeni körpü olacaq.


Ümumilikdə paytaxtda 9 nəqliyyat asması tikiləcək. Hazırda «Məşədi Əzizbəyov» metro stansiyası, «Ekselsior» mehmanxanası, «Xalqlar dostluğu» metro stansiyasının yaxınlığında və Bakının 3-cü mikrorayon ərazisində daha 4 körpünün tikintisi aparılır. Birinci iki asmanın tikintisi gələn ilin əvvəllərində başa çatdırıla bilər./ANS/