«Amnesty International»: «Qərb İraq qaçqınlarına əhəmiyyət vermir»

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı Qərbi çoxsaylı İraq qaçqınlarının taleyinə laqeydlikdə ittiham edib.


Hüquq müdafiəçilərinin xüsusi bəyanatında deyilir ki, İraq qaçqınlarının problemi günü-gündən dərinləşən ciddi humanitar böhrana çevrilib.


Təşkilatın məlumatına əsasən, 4 milyondan çox iraqlı qaçqın vəziyyətinə düşüb. Onların təqribən yarısı qonşu Suriya və İordaniyaya qaçıb.