Aeroportun Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Heydər Əliyev Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub. Bu, əvvəllər AZAL-ın Türkiyədəki nümayəndəsi olmuş Fəxrəddin Qazıbəyovdur.


Hava Limanının Təhlükəsizlik Xidmətinin əvvəlki rəisi Emil Süleymanov bu ayın əvvəlində həbs olunub. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir.