«Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməyəcək»

Ziyafət Əsgərov deyir ki, Seçki Məcəlləsi tələblərə cavab verir

Bunu sentyabrın 21-də keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, hazırkı Seçki Məcəlləsi ölkədə prezident seçkilərini keçirmək üçün tələblərə cavab verir. Ona görə də bu sənədə dəyişikliklər edilməsi məsələsi gündəlikdə deyil.


Vitse spiker deyir ki, məcəllədə seçkilərin keçirilməsi ilə bağlı hər hansı prosedur qaydalarında və ya texniki dəyişikliklər edilə bilər. Ancaq köklü dəyişiklik gözlənilmir.


Venesiya Komissiyası və ölkənin əksər müxalifət partiyaları Seçkilər Məcəlləsinin dəyişdirilməsini zəruri hesab edirlər. Bununla bağlı təkliflər hazırlanıb.