Bu qış Bakı məktəblərində istilik problemi olmayacaq

Zəminə Əliqızı qışda orta məktəblərdə problem olmayacağını deyir

Bakı Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı «Xəbər-ətər» verilişinə müsahibəsində belə deyib. İdarə rəsmisi əmin edir ki, qış düşənə kimi təmirə ehtiyacı olan 250 qazanxana işlək vəziyyətə gətiriləcək.


Həmin qazanxanaların 150-ni Təhsil Nazirliyi, 100-nü isə «Azəristiliktəchizat»ın hesabına təsir edəcəklər.


Hər il qış gələndə Bakı məktəblərində istilik sistemini ilə bağlı ciddi problemlər yaranır. Bakı ətrafı qəsəbələrin təhsil müəssisələrində bu problem daha qabarıq nəzərə çarpır.