Viktor Zubkov prezidentliyə namizəd olacağını istisna etmir

Viktor Zubkov Dövlət Dumasında, Moskva, 13 sentyabr 2007

Rusiya Baş naziri postuna namizəd Viktor Zubkov parlament fraksiyalarının üzvləri ilə görüşüb.


Sentyabrın 14-də Dövlət Duması Zubkovun hökumət başçısı vəzifəsinə təsdiqlənməsi məsələsinə baxmalıdır. «Vahid Rusiya», «Ədalətli Rusiya» və Liberal-Demokrat Partiyası fraksiyaları onun namizədliyini dəstəkləyirlər.


Kommunist partiyasından olan deputatlar isə onun əleyhinə səs vermək niyyətindədirlər.


Dumadakı görüşlərdən sonra keçirdiyi brifinqdə Viktor Zubkov deyib ki, Baş nazir kimi uğur qazansa, 2008-ci il prezident seçkisində iştirak edə bilər.