Azərbaycanının işğal olunmuş ərazilərindəki vəziyyət BMT-də müzakirə ediləcək

Sentyabrın 24-25-də BMT Baş Assambleyasında Azərbaycanla bağlı məsələ də müzakirəyə çıxarılacaq. XİN rəsmisi Xəzər İbrahim deyir ki, Assambleyada Azərbaycanının işğal olunmuş ərazilərindəki vəziyyəti və GUAM-ın uzadılmış münaqişələrin mümkün həllində iştirakı məsələləri müzakirə ediləcək.


Onun sözlərinə görə çox güman ki, Assambleyada Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.