Orduda kütləvi dava olub

40 yaşınadək bütün vətəndaşlar ildə bir dəfə 18 günü hərbi toplantılarda keçirməlidir

Bir neçə adam ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. 20 adam həbs olunub, davanın bir çox iştirakçısı qaçıb.

Dava Tbilisinin yaxınlığında, Gürcüstan Silahlı Qüvvələrinin Kocor briqadasının tabeliyində olan elitar bölməsində baş verib. Orada hərbi xidmət keçən rezervistlərin əksəriyyəti tələbələrdir. Hərbi polis bazaya bütün yolları kəsib, fövqəladə hərəkət qaydaları tətbiq olunub.


İlkin məlumatlara əsasən, münaqişə hərbi hissə ərazisinə spirtli içki keçirmək cəhdindən sonra yaranıb. Rəsmilər hələlik baş verənləri şərh etmir.


Gürcüstan parlamenti bütün ölkə vətəndaşlarının icbari qısa müddətli hərbi xidmət keçməsi barədə qanun qəbul etdikdən sonra bu, ilk belə hadisədir. Qanuna əsasən, 40 yaşınadək bütün vətəndaşlar ildə bir dəfə 18 günü hərbi toplantılarda keçirməlidir.