Gəncədə sirk binası tikiləcək

Bunun üçün artıq Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərilib. Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mina Məlikova «Azadlıq» radiosuna deyir ki, sirk binasının layihəsinin hazırlanması üçün nazirlikdən kömək istəyiblər. Gəncədə isə sirk binasının yerinin müəyyənləşməsi üçün şəhər rəhbərliyilə məsləhətləşmələr aparılır.


Azərbaycanın ikinci şəhərində yeni teatr binasının inşası da qərara alınıb. Amma hələlik binanın layihəsi hazırlanır.