Binanın uçmasına səbəb tikinti işlərinin keyfiyyətsiz aparılmasıdır

Dağıntılar altında 11 nəfər qaldığı ehtimal edilən fəhlələrin yaxınları ərazidə gözləyirlər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi avqustun 28-də Bakıda uçan bina ilə bağlı ilkin rəyini açıqlayıb. Rəydə göstərilir ki, binanın uçaraq dağılmasına səbəb tikinti işlərinin keyfiyyətsiz həyata keçirilməsidir.


Dövlət Agentliyinin yekun rəyi sentyabrın 6-da açıqlanacaq. İlkin rəyə görə bina birtərəfli çöküb.


Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, hazırda təmizləmə işləri davam edir. Dağıntılar altında 11 nəfər qaldığı ehtimal edilən fəhlələrin yaxınları ərazidə gözləyirlər.


Bakının Yasamal rayonundakı Məhəmməd Naxçıvani küçəsi -14-də təzə tikilən bina avqustun 28-də tamamilə çöküb.


Tikintini aparan «Mütəfəkkir» şirkətinin rəhbəri də daxil olmaqla dörd vəzifəli şəxsi saxlanıb.