Yeni tikilən körpü uçub

Körpünün istismara verildiyi heç bir ay deyil

Pakistanın Kəraçi şəhərində avtomobil körpüsü uçub. Azı 6 adam həlak olub, onlarla adam yaralanıb.

Xilasedicilərin fikrincə, ölənlərin sayı artacaq. Körpünün dağıntıları altında bir neçə avtomobil qalıb, oradakı insanların taleyi hələlik bəlli deyil.


Uçan körpü bu yaxınlarda - avqustun 6-da istismara verilib. Onun təntənəli açılışında prezident Pərviz Müşərrəf iştirak edib.



Körpünün çökməsinin səbəbi hələlik məlum deyil.