Azərbaycanın hərbi doktrinası artıq hazırdır

«Ordunun NATO standartlarına uyğunlaşdırılması prosessi sürətlə gedir»

Azərbaycanın hərbi doktrinası artıq hazırdır. Müdafə naziri Səfər Əbiyev avqustun 30-da jurnalistlərə açıqlamasında bildirib ki, sənəd yaxın vaxtlarda qəbul ediləcək. Onun sözlərinə görə, Azərbaycan NATO ilə ikinci Fəaliyyət Planını hazırlayıb. Sənəd hazırda Prezident Aparatındadır. Dövlət başçısının yaxınlarda onu təsdiqləyəcəyi gözlənir.


Nazir ordunun NATO standartlarına uyğunlaşdırılması prosessinin sürətlə getdiyini bildirib.


Azərbaycanın NATO-ya inteqrasiya etdiyini bildirməklə yanaşı, Rusiyadan harbi texnika alması məsələsinə gəlincə, Səfər Əbiyev deyib ki, NATO ilə inteqrasiyada olan ölkə və ya silahlı qüvvələrin hansı silahdan istifadə etməsi əsas şərt deyil: «Düzdü, hansısa silahlar uyğunlaşdırılmalıdır. Amma əsas silahlar lap sovet silahları da ola bilər». Nazirin sözlərinə görə, Rumıniya və Bolqarıstanın da rus silahları var.