Naxçıvandan Bakıya əhalinin təyyarə ilə gediş-gəlişində ciddi problem yaranıb

Naxçıvan Hava Limanından APA-ya deyiblər ki, Muxtar Respublikanın aeroportunda Bakıya gəlmək istəyən yüzlərlə sərnişin gözləyir. Buna səbəb isə son üç gün ərzində Naxçıvana əlavə reyslərin ayrılmamasıdır.

APA xəbər verir ki, Binə Hava Limanında da eyni vəziyyət yaranıb.


Muxtar Respublika ilə Bakı arasında gün ərzində altı reys fəaliyyət göstərir. AZAL əməkdaşlarından biri deyib ki, həmin reyslər yenə də fəaliyyətini davam etdirir. Amma gedib-gələnlərin sayı artdığından, əlavə reyslərə tələbat var.