İranla Azərbaycan arasında beş sənəd imzalanıb

Dövlət başçıları birgə Bəyanat imzalayıblar

«İran Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə sadiqdir. Azərbaycanın inkişafı İranın inkişafı deməkdir».

Bunu Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad avqustun 21-də prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.


Mahmud Əhmədinejad bildirib ki, bu iki ölkəni bir-birinə dini, tarixi və mədəni əlaqələr bağlayır. Və onun dövləti Azərbaycanın müstəqilliyinə, təhlükəsizliyinə və inkişafına sadiqdir.


Prezident İlham Əliyev isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İran Azərbaycanın mövqeyini dəstəkləyir.


Danışıqlar beş sənədin imzalanması ilə başa çatıb. Dövlət başçıları birgə Bəyanat imzalayıblar. Bundan əlavə rəsmilər arasında:


- Bakı-İran-Naxçıvan müntəzəm avtobus reyslərinin açılması barədə memorandum;


- Culfa-Culfa avtomobil yolunun inşa edilməsi;


- Ordubad-Mərabad SES-in tikintisi barədə memorandum;


- Poldaşt-Şahtaxtı sərhəd nəzarət-barıxılış məntəqəsinə beynəlxalq status verilməsi barədə saziş imzalanıb.


İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan səfəri avqustun 21-də başlayıb. Səfər iki gün davam edəcək.