Azərbaycan alpinistləri Pamirdəki zirvələrdən birini fəth ediblər

Azərbaycan alpinistlərinin növbəti hədəfi Tyan-Şanın Qələbə zirvəsini fəth etməkdir

Azərbaycan alpinistləri Akif Rüstəmov və İsmayıl Əsgərov avqustun 19-da Pamirdəki hündürlüyü 7495 metr olan Samoni zirvəsini fəth ediblər. Bu barədə «Azadlıq» radiosuna Alpinistlər klubunun prezidenti Saridan Mursaqılov məlumat verib.


Saridan Mursaqulovun sözlərinə görə, Azərbaycan alpinistlərinin növbəti hədəfi keçmiş SSRİ ərazisində digər ən hündür yüksəklik sayılan-Tyan-Şanın Qələbə zirvəsini fəth etməkdir. Onlar buna qədər Samonin zirvəsindən əlavə Korjenavn zirvəsini də fəth ediblər. Saridan Mursaqulov deyir ki, əgər Qələbə zirvəsini də fəth etsələr, Azərbaycan alpinistləri «Qar bəbiri» mükafatına layiq görüləcəklər.


«Qar bəbiri» mükafatı əvvəllər keçmiş SSRİ-də ən yüksək zirvələri fəth edən alpinistlərə verilirdi. İndi isə bu mükafat beynəlxalq status alıb.