İnterpol Səddamın böyük qızının həbsinə order verib

İnterpol Səddam Hüseynin böyük qızı Raqadın həbsinə order verib. O, terrorçuluqda şübhəli bilinir.

Raqad İraqı 2003-cü ildə, ora Amerika qoşunları daxil olduqdan sonra tərk edib.


İraq hakimiyyəti Raqadı qiyamçıları dəstəklənməkdə ittiham edir. O və onun anası İraqda ən çox axtarılan canilər siyahısına daxil edilib.


Ötən il Raqad İordaniyadan siyasi sığınacaq istəyib. İordaniya rəsmiləri deyirlər ki, o, kral Abdullanın dəvətilə bu ölkədə yaşayır.