Təhsil haqqı artırıla bilər

Özəl və dövlət ali təhsil müəssisələri təhsil haqqının tənzimlənməsini istəyir

Hazırda Tarif Şurasında özəl və dövlət ali təhsil müəssisələrində təhsil haqqının tənzimlənməsi məsələsinə baxılır. Bu barədə jurnalistlərə Tarif Şurasının katibi Elşən Əsədov deyib. Onun sözlərinə görə, qiymətlərin tənzimlənməsi ilə bağlı müraciət Təhsil Nazirliyi və özəl təhsil müəssisələrindən daxil olub.


Bu ilin əvvəlindən başlayaraq Tarif Şurası yanacağın və bir sıra xidmət sahələrində qiymətlərin tənzimlənməsi məsələsi barədə qərara qəbul edib.


Sonuncu dəfə isə Şurada içməli suyun topdansatış qiymətilə bağlı məsələyə baxılıb.