Hakan Şükür Tanju Çolaka çatdı

Türkiyə çempionatının ilk turunda «Çaykur Rizəspor»la görüşdə «Qalatasaray»ın hücumçusu Hakan Şükür rəqib qapısından iki top keçirməklə ölkəsinin çempionatlarında vurduğu qolların sayını 240-a çatdırıb. Bununla da Hakan ötənlərin məşhur futbolçusu Tanju Çolaka çatıb.


Hakan Şükür həmçinin Avropa kuboklarında hamıdan çox qol vuran türkiyəli futbolçudur.