Türkiyənin yeni parlamenti prezident seçməyə avqustun 20-də başlayacaq

Türkiyənin yeni parlamenti avqustun 20-də ölkə prezidentinin seçkisinə başlayacaq.


Qərb informasiya agentlikləri məlumatlı mənbələrə istinadən xəbər verirlər ki, səsvermə üç mərhələdə keçəcək, sonuncusu avqustun 28-də olacaq.


Xarici İşlər naziri Abdulla Gül ölkə başçısı postuna yenidən öz namizədliyini irəli sürə biləcəyinə eyham vurub. Baxmayaraq ki, yüksək rütbəli zabitlər də daxil olmaqla, dünyəvi dövlət tərəfdarları buna qarşıdırlar.