Daha bir uşaqda İİV virusu tapılıb

Qırğızıstanın cənubunda daha bir uşağın İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxması halı aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, Oş vilayətində daha bir uşaq və onun anasında İİV diaqnozu təsdiq olunub.


Beləliklə, bu vilayətdə İİV-ə yoluxanların sayı 13-ə çatıb, onlardan doqquzu uşaqdır. Virus daşıyıcılarının hamısı bu yaz Oş vilayəti klinikasında müalicə alıblar.


Hazırda təhqiqat aparılır. Səhiyyə Nazirliyində istisna etmirlər ki, xəstələrin yoluxması həkimlərin səhlənkarlığı üzündən baş verib.