Avqustun sonunda Pxenyanda Cənubi Koreya - Şimali Koreya sammiti keçiriləcək

Bu barədə Cənubi Koreya prezidentinin administrasiyası məlumat verib.


Bu, iki Koreya dövlətinin tarixində ikinci görüşdür. Birincisi 2000-ci ildə baş tutub və ikitərəfli münasibətlərin normallaşmasının başlanğıcını qoyub.


İyulda Şimali Koreya Yonbendəki nüvə reaktorunu bağlayıb. Bunun müqabilində Seul Pxenyana 50 min ton mazut göndərib. Şimali Koreyanın bütün nüvə obyektlərinin bağlanmasına isə daha 950 min ton mazut söz verilib.