Kanadada Azərbaycan televiziyası açılıb

«AzCan Tv»nin Kanada ilə Azərbaycan arasında mədəni dialoqa xidmət edəcəyi deyilir

Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə bu ölkədə «AzCan Tv» adını daşıyan Azərbaycan televiziyası açılıb. KADF-dən «Turan»a bildiriblər ki, təşkilatla «ROGERS Tv» arasında bağlanan müqaviləyə əsasən sentyabrın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulan «AzCan Tv» ilk mərhələdə həftədə bir saat müddətində «ROGERS Tv»nin nəzdində yayımlanacaq.


Federasiyanın prezidenti Əkbər Məcidov kanalın açılışını Kanada ilə Azərbaycan arasında mədəni dialoqa xidmət edəcək körpü adlandırıb: «Biz inanırıq ki, «AzCan Tv» daha da inkişaf edərək azərbaycanlıların və ölkəmizin daha çox tanıdılmasına böyük töhfə verəcək».