«Sərhədsiz Reportyorlar» İranı jurnalisti azad etməyə çağırır

«Sərhədsiz Reportyorlar» insan haqları təşkilatı
İran hakimiyyətini jurnalist Soheil Asefini dərhal azad etməyə çağırıb. O, avqustun 4-də Tehranda həbs olunub.

«Asefinin nə ailəsi, nə də vəkilləri onun harada saxlandığını və nədə ittiham olunduğunu bilmirlər», - deyə hüquq müdafiəçilərinin bəyanatında deyilir.


Asefi İranda son həftə ərzində həbs olunan üçüncü jurnalistdir.


Bazar ertəsi İran hökuməti il ərzində ikinci dəfədir ki, müstəqil «Şərq» qəzetinin nəşrini dayandırıb.