İran polisi rok konsertində iştirak edən 200 nəfəri həbs edib

İran polisi rok konsertinə gedənləri «şeytanın pərəstişkarları» adlandıraraq, həbs edib

İran rəsmilərinin verdiyi məlumata görə polis «şeytan əməli» adlandırdığı rok konsertində iştirak edən 200 nəfəri həbs edib.


Polis deyir ki, Tehranın qərbində Karaj əyalətində onlar səsyazma təchizatı, spirtli içki, narkotik və ifşaedici qadın paltarı müsadirə ediblər. İran mediası polis rəsmilərinin bu konserti «təxribatçı şeytani konsert» adlandırdığını yazırlar.


Karaj əyalətinin prokuroru Əli Fərhadi həbs olunanları «şeytana pərəstişin qızışdırıcıları» adlandırıb.