Apellyasiya Məhkəməsi Rasim Muradov haqda çıxarılan qərarı qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin mühafizə briqadasının keçmiş rəis müavini Rasim Muradov haqda çıxarılan həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. Bu barədə «Azadlıq» radiosuna Muradovun hüquqlarını Müdafiə Komitəsinin üzvü Ələkbər Məmmədov məlumat verib.


İyulun 24-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Rasim Muradov barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, rüşvət almaqda ittiham edilir. İttihamı əsassız sayan Ələkbər Məmmədovun sözlərinə görə, bundan sonra Rasim Muradovun müdafiəsini təşkil etmək üçün beynəlxalq təşkilatlarla təmasları gücləndirmək niyyətindədirlər.