«Orduya vətəndaş cəmiyyətinin nəzarətini təmin etmək çox vacibdir»

Bakıda «Silahlı qüvvələrə demokratik nəzarəti təmin etmək» mövzusunda konfrans keçirilir

Avqustun 2-də Bakıda «Silahlı qüvvələrə demokratik nəzarəti təmin etmək» mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.


Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero deyib ki, silahlı qüvvələrdə bir çox problemlər mövcud olduğundan onların işinə vətəndaş cəmiyyətinin nəzarətini təmin etmək çox vacibdir. Diplomatın sözlərinə görə, bu istiqamətdə ilk növbədə demokratik prinsiplərə önəm verilməlidir. Cənab Herrero bildirib ki, demokratiya tək seçkilərdə, siyasi qüvvələrin münasibətində yox ordu məsələlərində də vacibdir.


ATƏT rəsmisi deyib ki, şəffaflıq məsələsinə də önəm verilməlidir: «Yəni xalq bilməlidir ki, silahlı qüvvələrə xərclənən vəsaitlərdən necə istifadə edilir».


Konfransda ATƏT-ə üzv olan bir sıra ölkələrin, o cümlədən Azərbaycan ordusunun, parlamentin və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edir.