Neftin qiyməti yenə rekord vurur

İyulun 31-də Nyu-York hərraclarında neftin qiyməti rekord səviyyəyə çatıb – 1 barel 78 dollar.


Son iki ayda neftin qiyməti 20 faizdən çox artıb.


Ekspertlər qiymət artımını əsasən, dünya bazarlarında neftə olan yüksək tələbatla və neftin əsas ixracatçılarından biri - Nigeriyada qeyri-sabitliklə izah edirlər.