İraq millisi Asiya Kubokunun qalibi olub

İndoneziyada keçirilən Asiya Kubokunun final oyunu maraqlı nəticə ilə başa çatıb.

Belə ki, finalda Səudiyyə Ərəbistanını 1:0 hesabıyla məğlub edən İraq futbolçuları tarixində ilk dəfə Asiya Kubokunu qazanıb.

Hər gün çoxsaylı partlayışlar və insan ölümü baş verən ölkədə yığmanın uğuru böyük atəşfəşanlığa səbəb olub.