Brayza Bakıda demokratiya məsələlərini də müzakirə edəcək

Brayza avqustun 2-də Minsk qrupunun digər həmsədrləri ilə Moskvada görüşəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavini Metyu Brayza Azərbaycana səfər edəcək. Bakıya gəlməzdən əvvəl Brayza Yerevana səfər edəcək. Həmsədrin Bakıya gələcəyi gün hələ ki, dəqiqləşdirilməyib. Bu barədə «Trend»ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib.


Brayzanın Ermənistan və Azərbaycana səfərinin məqsədi ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir. Henikin verdiyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bərabər Brayza Bakıda energetika və demokratiya məsələlərini müzakirə edəcək.


Avqustun 2-də ABŞ dövlət katibinin müavini digər həmsədrlərlə Moskvada görüşəcək.