«ABŞ Qəbələ RLS-in birgə istifadəsindən imtina etmir»

«Qəbələ RLS Avropada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması planlarına alternativ olmayacaq»

Bunu iyulun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bəyan edib.


Diplomatın fikrincə, bu məsələ Azərbaycanla müzakirə olunmalıdır və bu müzakirələr çərçivəsində Qəbələ RLS-in ABŞ-ın raket əleyhinə sisteminin tələblərinə nə qədər cavab verdiyini müəyyənləşdirmək olar.


O, həmçinin qeyd edib ki, bu məsələ Çexiyada və Polşada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması planlarına alternativ olmayacaq.


İyun ayında «Böyük səkkizliy»in görüşü çərçivəsində Rusiya prezidenti ABŞ-a Qəbələ RLS-i birgə istifadə etmək təklif edib.


2002-ci ildə Azərbaycan Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi barədə onillik müqavilə imzalayıb.