«əl-Qaidə» İranı müharibə ilə hədələyir

«əl-Qaidə»nin müttəfiqləri bildirirlər ki, İraq şiələrinə dəstəyi dayandırmasa, İrana qarşı hərbi əməliyyatlara başlaya bilərlər.

«İraq İslam dövləti» qruplaşmasının lideri Əbu Ömər əl-Bağdadinin çıxışının audio yazısında belə deyilir.


Qruplaşmanın lideri ultimatumun yerinə yetirilməsi üçün İrana iki ay verir.Əks-halda, İranı əsl müharibə gözlədiyi haqda xəbərdarlıq edir.