İyulun 9-u saat 12:00-a qədər borcunu ödəməyənlərin işığı kəsiləcək İyul 07, 2007 İyulun 9-u saat 12.00-dan Bakı şəhərində borclu abonentlərin enerji təchizatı dayandırılacaq. Bu barədə APA-ya «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhərinin 11 rayonu üzrə bütün borclu abonentlərə xəbərdarlıq edilib və müvafiq bildirişlər təqdim olunub.