Kosovada insanların kütləvi dəfn olunduğu qəbir tapılıb

Qəbri Priştinadan 60 kilometr qərbdə aşkar ediblər. Həmin yerdə 1999-cu ildə serblərlə albanlar arasında döyüşlər olub. Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə Kosova münaqişəsindən sonra 5 min iki yüz adam itkin düşüb.