Səhiyyə Nazirliyi BMT-ni təkzib edir

Səhiyyə naziri bildirir ki, BMT hesabatında uşaq ölümü ilə bağlı olan fikirlər yalandır

İyulun 6-da Səhiyyə naziri Oqtay Şirəliyev BMT-nin dünyada demoqrafik vəziyyətə dair hesabatında Azərbaycanla bağlı yer alan fikirləri təkzib edib.


Həmin hesabatda deyilir ki, Azərbaycanda il ərzində doğulan hər 1000 uşaqdan 73-ü ölü doğulur.


Səhiyyə naziri bildirir ki, bu fikirlər yalandır və yaxın günlərdə nazirlik bununla bağlı geniş təkzib verməyə hazırlaşır.


Həmin hesabat təxminən bir həftə əvvəl yayılmışdı.


BMT-nin uşaq təşkilatı olan YUNİCEF-lə Azərbaycan hökuməti ölkədə uşaq və ana ölümü ilə bağlı hesabat hazırlayır. Həmin hesabat təxminən avqustun əvvəllərində açıqlanmalıdır.