Ermənistan parlamenti xarici KİV-lər haqqında qanunu qəbul edə bilmir

Ermənistan parlamenti iyulun 3-də «Azadlıq» radiosunun erməni xidmətinin də respublika ərazisində fəaliyyətini xeyli məhdudlaşdıran xarici kütləvi informasiya vasitələri haqqında qanunu qəbul edə bilməyib.


Yetərsayın olmaması üzündən baş tutmayan səsvermə ötən həftə də keçirilmişdi. O zaman qanun layihəsinin təsdiqi üçün üç səs çatmamışdı.


Bu qanunu müstəqil ekspertlər prezident seçkisi ərəfəsində informasiya mənbələrinə çıxışı inzibati yollarla məhdudlaşdırmaq cəhdləri kimi qiymətləndirirlər.