Bakının Yasamal rayonunun İsmayıl Qutqaşınlı küçəsində tikilən çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən iki fəhlə yıxılaraq ölüb.
Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsindən «Azadlıq» radiosuna bildiriblər ki, fəhlələr binanın fasadında işləyərkən, tros qırılıb. Fəhlələrdən biri yerində keçinib, o biri isə xəstəxanada dünyasını dəyişib.
Yasamal rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.