«Bakı Şəhər Bələdiyyəsi yaradılmayacaq»

Bakı Şəhər Bələdiyyəsi yaradılmayacaq. Bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, paytaxt bələdiyyəsinin yaradılması fikrini 1997-98-ci illərdə o vaxtkı şəhər meri Rəfael Allahverdiyev ortaya atıb: «Rəfael Allahverdiyev öz şəxsi maraqları üçün bunu istəyirdi. Ancaq bizdə Bakı bələdiyyəsinin yaradılması fikri olmayıb».


Avropa Şurası da Azərbaycana Bakı Şəhər Bələdiyyəsini yaratmağı tövsiyə edir.