Avropa Çempionatının final oyunu Kiyevdə keçiriləcək

Çempionatın açılışının Polşada keçirilməsi planlaşdırılır

2012-ci ildə futbol üzrə Avropa Çempionatının (AÇ) final oyunu Kiyevdə, «Olimpiyski» meydanında keçiriləcək. Bunu iyunun 25-də Ukrayna hökumətinin AÇ-2012-yə hazırlığa həsr olunan müşavirəsində Ukrayna Baş nazirinin müavini Vladimir Rıbak deyib:

«Müzakirələrin yekunu kimi bir qərar qəbul olunub; futbol üzrə 2012-ci il Avropa Çempionatının finalı «Olimpiyski» meydanında keçiriləcək. İmkan verə bilmərik ki, bütün dünya bizim çempionatın final mərhələsini lazımi qaydada keçirmək imkanlarımızı şübhə altına alsın. Bu, bizim simamızdır, bu, dövlətin imicidir…


Ona görə də, müvafiq layihələrə başlamaqla yanaşı, meydança ətrafında tikinti ilə bağlı bütün problemləri dərhal sivil yollarla həll etmək lazımdır. Bu zaman tikinti şirkətinin maraqları və onun inşaya çəkdiyi xərclərin kompensasiyası da nəzərə alınmalıdır».


Bu arada məlum olub ki, «Olimpiyski» meydanının qarşısında ticarət kompleksinin inşası Ukraynanı çempionatı keçirmək hüququndan məhrum edə bilər. UEFA da bu yaxınlarda Kiyev meydanı ətrafında qeyri-müəyyən vəziyyətdən ciddi narahatlıq bildirib.


Çempionatın açılışının Polşada keçirilməsi planlaşdırılır.